Məktəblinin döyülməsi ilə bağlı ekspertiza keçiriləcək – Rəsmi

Məktəblinin döyülməsi ilə bağlı ekspertiza keçiriləcək – Rəsmi

4 Oktyabr 2022 15:38
Bəyəndim (0) Bəyənmədim (0)

Sosial şəbəkələrdə məktəblilər arasında baş verən mübahisəni əks etdirən görüntülər araşdırılır.

Oxuməni.az xəbər verir ki. bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

Məktəbin 9-cu sinif şagirdlərdən biri digərinin ünvanına nalayiq ifadələr işlətdiyi üçün onunla mübahisə edib.

Hər iki məktəbli valideynləri ilə birgə polis orqanına dəvət olunub və izahatları alınıb. Xəsarətin dərəcəsini müəyyənləşdirmək üçün tibbi ekspertiza təyin olunub.

Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.