“Təxribat olacaqsa, ordumuz yerini tarixi torpaqlarımıza doğru irəli çəkəcək”

“Təxribat olacaqsa, ordumuz yerini tarixi torpaqlarımıza doğru irəli çəkəcək”

28 Sentyabr 13:12
269
Bəyəndim (0) Bəyənmədim (0)

“Mövcud vəziyyəti təhlil edəndə gördük ki, artıq Silahlı Qüvvələrimiz təmas vəziyyətində yeni status-kvo yaradıb. Yəni konfiqurasiya ondan ibarətdir ki, Silahlı Qüvvələrimizin döyüş mövqeləri artıq ön hədlərə çıxmaqla, Ermənistanın bir çox şəhərlərini və böyük ərazisini atəş və müşahidə nəzarətinə götürüb”.

Oxuməni.az xəbər verir ki, bu sözləri ehtiyatda olan polkovnik Elxan Şıxəliyev Yenisabah.az-a açıqlamasında deyib.

Hərbi ekspert “Qətiyyətli cavab” əməliyyatı çərçivəsində Azərbaycan ordusunun nəzarətə götürdüyü bir sıra ərazilərlə yanaşı, Sisian (Qarakilsə) şəhərinin də vizual və atəş nəzarəti altında olması faktını şərh edib. Onun sözlərinə görə, bunun iki məqsəd var:

“Birincisi, gələcəkdə bu ərazilərdən Azərbaycana qarşı mövcud ola biləcək təhdid və təhlükələrin qarşısı alınacaq. Əgər Ermənistan hər hansı bir diversiya-təxribat əməliyyatını planlaşdırmaq, yaxud atəşkəsi pozmaq istəsə, hazırda mövcud olduğumuz hədlər təhlükəsizlik zolağı rolunu oynayacaq. Nəticə etibarilə, gələcəkdə ermənilər istəsələr belə, ərazimizi, mülki infrastrukturu, strateji obyektləri birbaş atəş altına ala bilməyəcək”.

E. Şıxəliyevin sözlərinə görə, ikinci məqsəd hazırkı mövqelərdən düşmənin fəaliyyətini izləyə bilməkdir:

“11 strateji yüksəkliklər nəzarətimizə keçib. O, yüksəkliklərin hər biri dəniz səviyyəsindən 2 min metr hündürlükdədir. Bu yüksəkliklərdən Ermənistanın ordumuzla təmas vəziyyətində olan I, II, III ordu korpuslarının müdafiə zolaqlarının operativ dərinliyi müşahidə olunur. Birbaşa müşahidə cihazları ilə silahlı qüvvələrimiz erməni qoşunlarının necə hərəkət etdiyini, xüsusən də onların hərbi bölmələrinin marşrutlarına, hərəkətlərinə və təminatlarına və s. nəzarət edirlər. Təbii ki, mülki əhali də müşahidə altındadır”.

Ekspert deyib ki, növbəti mərhələ Ermənistanın addımlarından asılıdır:

“Çünki bu gündəmi, daha doğrusu, baş verə biləcəkləri, əslində, Ermənistan öz təxribatları ilə formalaşdırır. Sentyabrın 12-13-də bunu həyata keçirmişdilərsə, indi də gedişat eyni ola bilər. Mövcud vəziyyətin hərbi adı əməliyyat pauzasıdır. Siyasi adı isə “siyasi dialoq prosesi”dir. Əgər son nəticədə Ermənistandan sülh sazişinə dair müsbət mesajlar olacaqsa, o cümlədən atəşkəsin pozulması, təxribat prosesi törədilməyəcəksə, danışıqlar davam edəcək. Yox, əgər Ermənistan yenə köhnə əməllərinə davam edəcəksə, məsələn, BMT kürsüsündən Ermənistanın Baş naziri Azərbaycana müharibə mesajları verib xarici ölkələrdən silah-sursat diləndi, bu, təbii ki, eskalasiyanı artıra bilər.

Hər bir halda sülh sazişi yoxdursa, birinci eşelondakı bölmələrimiz düşmən təxribatına hazır olmalıdır. Təxribat olacaqsa, Silahlı Qüvvələrimiz dislokasiya yerini tarixi torpaqlarımıza doğru irəli çəkəcək”.