Jurnalistlərin Media Reyesterinə daxil edilməsi üçün...

Jurnalistlərin Media Reyesterinə daxil edilməsi üçün...

28 Sentyabr 06:09
97
Bəyəndim (1) Bəyənmədim (0)

Jurnalistlərin Media Reyestrinə daxil edilməsi üçün qanunla nəzərdə tutulan tələblərdən biri onun ali təhsilinin vacib olmasıdır.

Oxuməni.az xəbər verir ki, bunu Report-a müsahibəsində Medianın İnkişafı Agentliyinin Media Reyestri xidmətinin rəhbəri Cahangir Həsənli deyib.

C.Həsənli bildirib ki, ali təhsil tələbi jurnalistika sahəsində ali təhsilin olmasını nəzərdə tutmur, yəni istənilən sahədə ali təhsil almış şəxs bu tələbə uyğun hesab edilir:

"Bu yanaşma beynəlxalq təcrübədən irəli gəlir. Belə ki, dünyada kifayət qədər məşhur media nümayəndəsi var ki, ixtisası tamamilə fərqlidir".

"O ki qaldı fərqli ixtisas sahiblərinin jurnalistika baxımından peşəkarlığı məsələsinə, şəxsin Media Reyestrinə qəbul olunması üçün tələblərdən biri də jurnalistika sahəsində ən azı 3 il təcrübəyə malik olmasıdır. Düşünürük ki, 3 illik təcrübə şəxsin bu peşənin xüsusiyyətlərini mənimsəməsi üçün kifayət edər", - xidmət rəhbəri əlavə edib.