Rəşad Məcid Mətbuat Şurası İdarə Heyətinin sədri seçildi

Rəşad Məcid Mətbuat Şurası İdarə Heyətinin sədri seçildi

24 Sentyabr 21:34
80
Bəyəndim (0) Bəyənmədim (0)

Beynəlxalq Muğam Mərkəzində Azərbaycan jurnalistlərinin VIII qurultayı keçirilib. Qurultayda Mətbuat Şurasının yeni sədri müəyyənləşib.

Oxuməni.az xəbər verir ki, Mətbuat Şurasının yeni sədri qurultay iştirakçılarınin səsverməsinə əsasən Rəşad Məcid seçilib.

Yeni sədr çıxışında bildirib ki, hər birinizə təşəkkür edirik: "Bundan sonra fəaliyyətimiz daha dinamik olacaq. Mümkün qədər ölkədə medianın saflaşdırılması yönündə əlimizdən gələni edəcəyik. Biz potensialımızdan artıq işlər görməyə çalışacağıq. Bizim bir-birimizə qarşı olan kin-küdurətimiz cəmiyyətdə bizə münasibəti də bəzən dəyişir. Daim bir olaq".

Qeyd edək ki, indiyədək bu vəzifəni Əflatun Amaşov tuturdu. Ə.Amaşov 2003-cü ildən MŞ sədri idi.

Azərbaycan jurnalistlərinin VIII qurultayında Mətbuat Şurası İdarə Heyətinin yeni tərkibi formalaşdırılıb. Səsvermə yolu ilə formalaşdırılan İdarə Heyətinin tərkibinə 23 nəfər daxildir.

İdarə heyətinin üzvləri kimi Vüqar Rəhimzadə, Vüsalə Mahirqızı, Hacıbəy Heydərli, Azər Həsrət, Aydın Quliyev, Elçin Mirzəbəyli, Akif Aşırlı, Səadət Məmmədova, Niyaz Niftiyev, Elşad Eyvazlı, Aqil Ələsgər, Rauf Arifoğlu, Alqış Musayev təsdiqlənib.

Əflatun Amaşov, Müşfiq Ələsgərli, Umud Mirzəyev, Yadigar Məmmədli, Bəhruz Məmmədzadə, Qulu Məhərrəmli, Vüqar Zəfəroğlu, Ceyhun Musaoğlu, Fərid Pərdəşünas isə ictimaiyyət nümayəndəsi olaraq təsdiq olunub.

Bununla da, Qurultay öz işini başa vurub.

Həmçinin Azərbaycan jurnalistlərinin VIII qurultayının qətnaməsi qəbul olunub.

Qətnamə layihəsini Mətbuat Şurası sədrinin müavini Müşfiq Ələsgərli təqdim edib.

Layihə səsverməyə çıxarılaraq qəbul edilib.