Zakir Həsənov  GENERALLARI TOPLADI - "Vurun" əmri verdi

Zakir Həsənov GENERALLARI TOPLADI - "Vurun" əmri verdi

24 Sentyabr 13:41
74
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov sentyabrın 24-də Mərkəzi Komanda Məntəqəsində keçirdiyi xidməti müşavirədə şəxsi heyətin sayıqlığının artırılması və Ermənistan silahlı qüvvələri tərəfindən törədilə biləcək istənilən təxribatın qarşısının bundan sonra da dərhal və qətiyyətlə alınması barədə konkret tapşırıqlar verib.

Oxuməni.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

General-polkovnik Z.Həsənov bölmələrdə qışa hazırlıq işlərinin plana əsasən yekunlaşdırılması, xüsusilə dağlıq ərazilərdə dislokasiya olunan bölmələrə lazımi ehtiyatların çatdırılması barədə aidiyyəti şəxslərə müvafiq göstərişlər verib.