“Azərbaycan əsgəri Göyçə gölündə əl-üzünü yuyur” - Ədalət Verdiyev

“Azərbaycan əsgəri Göyçə gölündə əl-üzünü yuyur” - Ədalət Verdiyev

19 Sentyabr 12:05
314
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistanın sentyabr 12-14-ü törətdiyi genişmiqyaslı təxribatların qarşısı qətiyyətlə alınsa da, cəmiyyətdə atəşkəsin yenidən pozulacağıyla bağlı narahatlıq var.

Oxuməni.az xəbər verir ki, Azərbaycan-Ermənistan təmas xəttində son vəziyyət barədə hərbi ekspert Ədalət Verdiyev Yenisabah.az-a məlumat verib:

“Sentyabr 12-14-ü Azərbaycan silahlı qüvvələri tərəfindən Ermənistanın genişmiqyaslı təxribatlarının qarşısı alınıb. Baş verən toqquşmalardan sonra Azərbaycanla Ermənistan arasında atəşkəslə bağlı razılıq əldə olunub. Təmas və yaxud şərti sərhəd xəttində hələki nisbi sakitlik müşahidə olunur. Atəşkəsin pozulması halları qeydə alımayıb. Düşmən tərəf yaralarını sarımaqla məşğuldur.

Nensi Pelosinin Ermənistana səfəri revanşist qüvvələri ruhlandırıb. Ermənistan tərəfinin gələcəkdə təxribat törətməyəcəyini iddia etmək mümkün deyil. İstənilən halda vəziyyət ordumuzun nəzarəti altıdadır. Yeni azad etdiyimiz 11 yüksəklik və 74 düşmən mövqeyində ordumuzun şəxsi heyəti yerləşməkdədir. Həmin mövqelər üzərində bayrağımız dalğalanır. Azərbaycan əsgəri Kiçik Göyçə gölündə tamamilə yerləşib və Göyçədə əl-üzünü yuyur”.