Ağsuda iki qadın itkin düşdü – Foto

Ağsuda iki qadın itkin düşdü – Foto

6 Sentyabr 2022 10:57
Bəyəndim (0) Bəyənmədim (0)

Ağsu rayonunun Çaparlı kənd sakini, 28 yaşlı Gülnişan Səfərli avqustun 22-də yaşadığı ünvandan çıxaraq geri qayıtmayıb.

Oxuməni.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupu məlumat yayıb.

Məlumatda deyilir: “Gülnişan Səfərlinin əlamətləri belədir: Boyu 155 sm, orta bədən quruluşlu, uzun qara saçlı, gözləri qəhvəyi rənglidir”.

Bundan başqa Ağsu rayon polis şöbəsinə daha bir şəxsin itkin düşməsi barədə də məlumat daxil olub.

“Belə ki, rayon sakini, 1989-cu il təvəllüdlü Aybəniz Abdullayeva sentyabrın 2-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. Şəkillərdə gördüyünüz şəxsləri görənlərdən və barələrində məlumatı olanlardan DİN-in "102”Xidməti-Zəng Mərkəzinə, həmçinin Ağsu Rayon Polis Şöbəsinə (020) 226-27-93 şəhər və (055) 820-14-20 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur” – deyə məlumatda qeyd olunub.