Rusiya sülhməramlıları ağır qəza törətdi - 4 qadın ölüb

Rusiya sülhməramlıları ağır qəza törətdi - 4 qadın ölüb

12 Avqust 2022 13:33
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarına məxsus “HAVAL H9” markalı maşın erməni sürücünün idarə etdiyi “VAZ-2107” markalı avtomobillə toqquşub.

Oxuməni.az Ermənistan mətbuatına istinadən bildirir ki, hadisə Xankəndi şəhəri yaxınlığında baş verib.

Nəticədə 4 nəfər ölüb. Ölənlərin hamısı qadındır.

Ağır xəsarət alan erməni sürücü xəstəxanaya yerləşdirilib.