Prezidentin verdiyi evi satan  xalq artistləri - Onlara ev lazım deyilmiş...

Prezidentin verdiyi evi satan xalq artistləri - Onlara ev lazım deyilmiş...

11 Avqust 16:26
203
Bəyəndim (0) Bəyənmədim (0)

Prezident İlham Əliyevin hədiyyə etdiyi evi satan Xalq artistlərinin adı məlum olub.

Oxuməni.az qaynarinfo-ya istinadla xəbər verir ki, bu barədə Xalq artisti Tariyel Qasımov məlumat yayıb.

Aktyorun sözlərinə görə, Xalq artistləri, mərhum sənətkarlar Habil Əliyev, Yaşar Nuri, Siyavuş Aslana verilən evlər də satılıb:

"Prezident bizə-xalq artistləri Habil Əliyev, Yaşar Nuri, Siyavuş Aslana və mənə, dördümüzə bir vaxtda ev hədiyyə etmişdi. Həmin evi satdım. Prezidentin verdiyi evi tək mən satmamışam. Habil Əliyev birinci satdı, onun da ardınca Siyavuş Aslan. Yaşar Nuri isə elə orderi satmışdı. Mən də satıb pulunu yarısını verdim oğluma, gedib özünə maşın aldı. Bir maşın da mən aldım, yerdə qalan pula da özümə ev aldım. İndi evim "Neftçilər”dədir. Bundan əlavə, Ağstafada da ev tikdirdim”.