Gömrük Komitəsinin sədri Rusiya yönümlü Şahin Soltan oğlu Bağırov olacaq

Gömrük Komitəsinin sədri Rusiya yönümlü Şahin Soltan oğlu Bağırov olacaq

18 İyul 2022 14:35
Bəyəndim (0) Bəyənmədim (0)

Şahin Soltan oğlu Bağırov Dövlət Gömrük Komitəsinin (DGK) sədrinin birinci müavini təyin edilib.

Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sərəncamla DGK-nın sədri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası DGK sədrinin birinci müavini Şahin Soltan oğlu Bağırova həvalə edilib.

Oxuməni.az AzPolitika.info-ya istinadən xəbər verir ki, Ş.Bağırov 1965-ci ildə Cəlilabad rayonunda anadan olub. 1986-cı ildə Voronej Dövlət Universitetinin İqtisadiyyat fakültəsini bitirdikdən sonra Azərbaycan Respublikasının Aqrar Sənaye Kompleks sistemində çalışıb.

O, 1992-ci ildən gömrük orqanlarında fəaliyyətə başlayıb, Bakı Baş Gömrük İdarəsinin inspektoru, “Əli-Bayramlı” gömrük postunun rəisi, Gömrük Nəzarətinin Təşkili Baş İdarəsində, Daxili Təhlükəsizlik İdarəsində, Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəis müavini və sonradan həmin idarənin rəisi vəzifəsində çalışıb.

Şahin Bağırov 2003-cü ildə Rusiya Gömrük Akademiyasının “Gömrük işi” fakültəsini bitirib və 2004-cü ildə həmin akademiyanın aspiranturasını bitirərək iqtisad elmləri namizədi dərəcəsinə yiyələnib.

2014-cü ildən DGK sədrinin müavini təyin olunub. Gömrük Komitəsinin beynəlxalq əlaqələri, Gömrük Akademiyası və bir sıra başqa sahələr onun kurasiyasında olub.

2010-cu ildə Azərbaycan Respublikasının iqtisadi mənafelərinin qorunmasında xidmətlərinə və gömrük orqanlarında səmərəli fəaliyyətlərinə görə Prezidenti tərəfindən “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.

2012-ci ildə Azərbaycan Respublikasında dövlət qulluğunda səmərəli fəaliyyətinə görə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenı alıb.

2014-cü ilin fevralın 3-də prezidentin müavfiq sərəncamı ilə ona gömrük xidməti general-leytenantı rütbəsi verilib.

Dosyesindən də göründüyü kimi ali təhsilini Rusiya da alan və 2003-cü ildə Rusiya Gömrük Akademiyasının “Gömrük işi” fakültəsini bitirərək və 2004-cü ildə həmin akademiyanın aspiranturasında oxuyaraq qısa müddətdə iqtisad elmləri namizədi dərəcəsinə yiyələnən Şahin Soltan oğlu Bağırov Rusiya yönümlü kadrdır...