Putinin ən çox qorxduğu adam: Sergey Soyqu
"Rus ordusu 20 il ərzində oğurlanıb, Putinin əhatəsində bircə nəfər də hərbçi yoxdur"
Rusiya hakimiyyəti məqsədyönlü şəkildə Rusiya ordusunu dağıdıb. Ukraynaya genişmiqyaslı hərbi müdaxilə göstərdi ki, Putinin ətrafında bircə nəfər də hərbçi yoxdur.
Oxuməni.az xəbər verir ki, bu barədə "QORDON" internet nəşrinin baş redaktoru Alesya Batsmana müsahibəsində Fransada yaşayan rusiyalı biznesmen, Rusiya Federasiya Şurasının sabiq üzvü, Putinin sabiq yaxın dostu Sergey Puqaçov bəyan edib.
"Mən 20 il ərzində Rusiya ordusunun dağıdılmasının şahidi olmuşam. Sizə deyim ki, Putinin heç kimlə döyüşmək fikri olmayıb. Heç vaxt. O, qiyamdan qorxub. Hansısa "zabitlər iclası"nda Putinin satqın olduğunu, Vətəninə xəyanət etdiyini deyiblər. Və DTK əməkdaşları vaxtaşırı onları tutub həbsxanaya salıb", - Puqaçov qeyd edib.
O, vurğulayıb ki, hər dəfə yeni müdafiə naziri təyin ediləndə peşəkar hərbçilər ordudan gedib.
"Putin 2001- ci ildə Sergey İvanovu müdafiə naziri təyin edəndə silahlı qüvvələrdən normal hərbçilərin gedişi baş verib.
2007- ci ildə bu vəzifəyə mebel mağazasının direktoru Anatoli Serdyukovu təyin edib. O zaman ikinci belə gediş baş verib.
Nəhayət, 2007- ci ildə Sergey Soyqu təyin edilib və yerdə qalanlar da çıxıb gedib. Yəni orada hərbçilər yoxdur. Putunin ətrafından isə danışmağa dəyməz, onlar heç hərbi xidmətdə də olmayıb. Beləcə, ordu 20 ildir məqsədyönlü şəkildə dağıdılıb", - Puqaçov deyib.
Şoyqunun sağlamlıq problemləri var, xəstəliklə bağlı tez- tez işdən bir ay- ay yarım aralanıb.
Jurnalistin Şoyqunun infarkt keçirməsi, bunun Ukraynada müharibənin iflasa uğradığına görə Putinin onun üzərinə getməsi nəticəsində baş verməsi barədə sualına cavabında Puqaçov deyib:
"Mən buna inanmıram, hərçənd, dəqiq deyə bilmərəm. Onu bilirəm ki, tez- tez xəstəliyi ilə bağlı Mərkəzi Klinik Xəstəxanasında müalicə alıb. Putinin onun üzərinə getməsinə gəldikdə, mən buna inanmıram. Putinin kimsənin üzərinə getməsi mümkün deyil. Bu, yalnız Təhlükəsizlik Şurasının məlum iclasında xarici kəşfiyyat xidmətinin rəhbəri Sergey Narışkinin üzərinə getməsi kimi ola bilər. Bu, çox qəddar, sadist hücum idi, - biznesmen deyib.
Puqaçov deyib ki, Putin hakimiyyətə gələndə reytinqinə görə Şoyqu ikinci olub və Putin ondan çəkinib.
"Şoyqu özünəməxsus adamdır. 90- cı illərdə Yeltsinin prezidentliyi dönəmində Fövqəladə Hallar Nazirliyi bazasında özü üçün təşviqat kampaniyasını yarada bilib. O, özü ilə 8- 10 kamera gəzdirib, özünün şəxsi reportyorları olmayıb. Hər hansı bir hadisə baş verəndə 10 vəziyyətdən Şoyqunu çəkib axşam "Zaman" xəbərlər proqramında göstərirdilər. Onun reytinqləri çox böyük olub. Amma düşünmürəm ki, bunu o, hansısa siyasi ambisiyalarına görə edib", - Puqaçov deyib.
O, qeyd edib ki, 1990- cı illərdə Şouqu Rusiyada ən tanınmış siyasətçilərdən olub.
"Kimdən soruşsalar onu tanıyırdı. Şoyqu ustalıqla özünü piar edə bilib. "Qızıl Ulduz" almaq üçün çalışıb və buna nail olub...Mən çox şeyləri bilirəm. Yəni bu adam balaca Tuva respublikasından Moskvadək gəlib adam olub...Komsomol xətti ilə irəliləyib, tikinti trestinin direktoru olub, sonradan sığınacaqlar üzrə OADKYC- yə (Orduya, Aviasiyaya Donanmaya Könüllü Yardım Cəmiyyəti) başçılıq edib. Bu, elə FHN deməkdir, Putinin zamanında yanğından mühafizə işi də onlara həvalə edilib.
Putin 2000- ci ildə hakimiyyətə gələndə Şoyqu artıq nüfuzlu siyasətçi olub.
"Putin prezident seçiləndə Şoyqu reytinqinə görə Putindən sonra ikinci olub. Putin ondan çəkinib. Hansı mənada çəkinib? Təsəvvür edin, onun sərəncamında nəhəng ordu var, güclü nazirliyi var. O, müdafiə nazirliyindən qovulan hərbçiləri ətrafına yığıb, onlara FHN rütbələri verib...Küçədən keçən bir leytenantı götürüb bir azdan polkovnik edib. Yəni istədiyini edib", - Puqaçov danışıb.
Onun fikrinə görə, Şoyqu FHN- də işləməyi xoşlayıb və heç vaxt oradan getmək istəməyib.
"Onun müdafiə naziri olmaq fikri olmayıb. Nəticədə onu əslində təqaüdə göndəriblər. Bir daha deyirəm, Putin anayırdı ki, Şoyqunun reytinqi və imkanları çox yüksəkdir. Putin ehtiyyatlı adamdır...Və o, Şoyqudan ehtiyyat edib", - biznesmen belə deyib.