“Revanşist qüvvələr bilməlidir ki, bu, Ermənistan üçün bəlkə də son şansdır” - Azərbaycan Prezidenti

“Revanşist qüvvələr bilməlidir ki, bu, Ermənistan üçün bəlkə də son şansdır” - Azərbaycan Prezidenti

22 Aprel 13:23
131
Bəyəndim (0) Bəyənmədim (0)

“Ermənistanda hərdən bir baş qaldıran revanşist qüvvələr bilməlidirlər ki, bu, Ermənistan üçün yeganə çıxış yoludur və bəlkə də son şansdır”.

Oxuməni.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Şuşa şəhərində Dünya Azərbaycanlılarının V Qurultayında bəyan edib.

Dövlət başçısı bildirib ki, əgər bundan imtina etsələr, onda biz də Ermənistanın ərazi bütövlüyünü tanımayacağıq, bunu rəsmən bəyan edəcəyik: “İkinci Qarabağ müharibəsinin nəticələrini nəzərə alaraq, Ermənistan tərəfi yaxşı başa düşməlidir ki, bu addım nəyə gətirib çıxaracaq”.