Prezident İlham Əliyev Ukraynada Azərbaycan diasporunun lideri Oleq Krapivini "Dostluq" ordeni ilə təltif edib

Prezident İlham Əliyev Ukraynada Azərbaycan diasporunun lideri Oleq Krapivini "Dostluq" ordeni ilə təltif edib

21 Aprel 18:20
248
Bəyəndim (2) Bəyənmədim (0)

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsində xidmətlərinə görə Ukraynadakı Azərbaycan diasporunun lideri Oleq Krapivin "Dostluq" ordeni ilə təltif edilib.

Oxuməni.az xəbər verir ki, Oleq Andreyeviç Krapivin tanınmış idman xadimi və iş adamıdır, sərbəst güləş üzrə 14 qat Azərbaycan çempionu, həmçinin veteranlar arasında dünya çempionudur. O. Krapivin Kiyevdə Ukrayna-Azərbaycan təhsil, elmi-mədəni, Heydər Əliyev adına İdman mərkəzini təsis etmiş, Ukrayna Azərbaycanlıları Konqresinin Kiyev şəhər təşkilatının sədri seçilmişdir. O. Krapivinin təşəbbüsü ilə Ukraynanın bəzi məktəblərində Azərbaycan dili sinifləri açılıb.

Qeyd edək ki, Ukraynada müharibənin ilk günlərindən etibarən Oleq Krapivin Kiyevdə olmuş, onun sayəsində minlərlə azərbaycanlı ölkənin müxtəlif vilayətlərindən, o cümlədən Ukrayna paytaxtından evakuasiya olunmuşdur. Bundan başqa, O. Krapivin daim xeyriyyəçilik fəaliyyəti ilə məşğul olub. O, hazırda müharibədən zərər çəkmiş ukraynalılara humanitar yardım göstərir. Azərbaycan diasporunun lideri Ukrayna Azərbaycanlılarının fəaliyyətinin əlaqələndirilməsində də fəal iştirak edir. Öz növbəsində Oxuməni.az saytı adından hörmətli Oleq Krapivini "Dostluq" ordeni ilə təltif olunması münasibəti ilə təbrik edir və ona yeni-yeni uğurlar arzulayırıq.

Emin Axund