"Şuşa qurultayı İrana müharibə elanıdır, ordu müdaxilə etməlidir" - İranlı ekspertdən KRİTİK AÇIQLAMA

"Şuşa qurultayı İrana müharibə elanıdır, ordu müdaxilə etməlidir" - İranlı ekspertdən KRİTİK AÇIQLAMA

21 Aprel 2022 15:48
Bəyəndim (1) Bəyənmədim (1)

İranlı ekspert Azərbaycanı təhdid etdi: “Ordu müdaxilə etməlidir”.

Bu sözləri Qafqaz məsələləri üzrə iranlı ekspert Salar Seyfəddini şəxsi Tvitter hesabında yazıb. O, Dünya Azərbaycanlılarının Şuşada keçiriləcək qurultayını İrana qarşı açıq mesaj olduğunu bildirib.

“Qarabağda sözdə “Dünya Azəriləri Konqresinin” (onun tarixçəsi bu sahənin mütəxəssislərinə məlumdur) keçirilməsi İrana açıq mesajdır”, – deyə Seyfəddini yazıb.

Daha sonra o, bu qurultayı İran qarşı müharibə elanı və təxribat adlandırıb.

“Bu, İran millətinə qarşı müharibə elanı və sərhəd divarında təxribat deməkdir. İranın Ana yasasına görə, Xarici İşlər Nazirliyinin vəzifəsi ölkənin ərazi bütövlüyünü müdafiə etməkdir. Əks halda ordu müdaxilə etməlidir”,- deyə o sərsəmləyib.

KONKRET.az