Ermənistan isterikada – “Azərbaycan bir aya...”

Ermənistan isterikada – “Azərbaycan bir aya...”

20 Aprel 13:34
278
Bəyəndim (0) Bəyənmədim (0)

“Ənənəvi olaraq hər gün Ermənistan mətbuatını izləyirəm, bu gün iki xəbər önə çıxıb: Paşinyanın Moskva səfəri və Laçın şəhərindən yan keçməklə yeni yolun tikintisi”.

Oxuməni.az xəbər verir ki, bunu ReAl partiyası sədrinin müavini Natiq Cəfərli deyib.

Paşinyanın Moskva səfərinə gəldikdə, partiya rəsmisi bildirib ki, Kreml Azərbaycan-Ermənistan münasibətlərinin tək və əsas moderatoru olmaqda israrlıdır, Brüsselin, Avropa Birliyinin bu məsələdə aktivliyindən qıcıqlanır:

“Amma Moskva beynəlxalq mövqeyini, izolyasiyasını nəzərə alaraq, təkbaşına bu işi bacarmayacağını da anlayır. Bu məsələdə Türkiyə faktoru çox önəmlidir: Azərbaycan və Türkiyə xarici siyasətdə, beynəlxalq və regional məsələlərdə, futbol dili ilə desək, “paslaşaraq” qərarlar alırlar, bunun nəticəsində bəzən rəsmi Ankara, bəzən isə rəsmi Bakı “qol” vurur. Yəni sıx koordinasiya və maraqların tam uyğunlaşdırılması prosesini izləyirik və bu çox doğru addımlardır.

Bu gün Türkiyə Kreml üçün vazkeçilməz “nəfəslikdir”, bunu Moskva dəqiq görür və anlayır. Türkiyə sanksiyalara qoşulmamaqla, hava məkanını açıq saxlamaqla, Rusiyanın ehtiyacı olan, amma birbaşa sanksiyalara tuş gəlməyən sahələr üzrə təhcizatçı olmaqla Moskva üçün önəmi dəfələrlə artıb. Önəm artdıqca Rusiyanın Türkiyədən asılılığı da artır. Yəni Kreml bu gün bölgə ilə bağlı istədiyi ssenariləri həyata keçirməkdən çəkinməsinin əsas səbəbi Avropa Birliyi deyil də, məhz Türkiyədir”.

Alternativ Laçın yolunun çəkilməsi haqda Natiq Cəfərli bildirib ki, Ermənistanda isterika yaşanır, çünki may-iyun aylarında alternativ yolun açılışı gözlənilir:

“Bu, çox vacib addımdır, həm də 10 noyabr anlaşmasında yer alıb deyə, Rusiya və Ermənistan gedişata mane ola bilmir. Eyni zamanda, Azərbaycan işləri çox sürətlə aparır deyə, Ermənistan reaksiya verməyə belə gec qalırlar.

Alternativ yolun özəlliyi təkcə Laçın şəhərinin tam bizim nəzarətə keçməsi deyil, həm də Ermənistanın “Laçın dəhlizi” adlandırdığı köhnə yoldan Xankəndinə müxtəlif kommunikasiya xətləri gedir – işıq, qaz, internet və s. Yeni yolda isə bu kommunikasiya xəttləri olmayacaq, Xankəndi şəhərimizin bütün təminatını özümüz həyat keçirəcəyik. İndi yeni yol üçün Həkəri çayı üzərindən yeni körpü tikilir. Yaxınlıqda yerləşən kəndlərdən birinin sakini Sərkisyan təəccüblə deyib ki, elə bil, Bakının yarısı burada işləyir, çox sürətlə çalışırlar, yəqin bir aya işləri tamamlayacaqlar”.