Kəlbəcərdə Azərbaycan Ordusunun hərbçisi minaya düşüb

Kəlbəcərdə Azərbaycan Ordusunun hərbçisi minaya düşüb

20 Aprel 2022 10:13
Bəyəndim (0) Bəyənmədim (0)

Kəlbəcərdə Azərbaycan Ordusunun hərbi qulluqçusu minaya düşüb.

Oxuməni.az-ın xəbərinə görə, hadisə aprelin 19-da rayonun Ağcakənd kəndi istiqamətində qeydə alınıb.

Belə ki, müddətdən artıq hərbi xidmət hərbi qulluqçu Ayxan Camalzadə minaya düşüb.Xəsarət alan hərbçimiz hospitala yerləşdirilib.

Baş Prokurorluğun Mətbuat Xidməti "Report"a faktı təsdiqləyib.

Bildirilib ki, faktla bağlı Kəlbəcər Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.12-ci (Qəsdən adam öldürməyə cəhd, milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.