"Simonyana niyə qapını göstərmirik?" - "Onun fəaliyyətinə yeni nəfəs verilməsinə ad tapa bilmirəm"
“Azərbaycanda hamının nifrət etdiyi bir adamın rəhbəri olduğu agentliyə yer omamalıdır”
"Ukraynada baş verənlərdən və Marqarita Simonyanın bir müddət öncə Moskvada Azərbaycanın ali rəhbərliyinə qarşı aşkar tərbiyəsizlik sərgiləməsindən sonra onun rəhbərlik etdiyi agentliyin kitabının bağlanmaması bir yana, faliyyətinə yeni nəfəs verilməsinə ad tapa bilmirəm".
Oxuməni.az xəbər verir ki, bu sözləri deputat Vahid Əhmədov moderator.az-a açıqlamasında Rusiyanın "Spitnik" agentliyinin Azərbaycandakı fəaliyyətini dəyərləndirərkən bildirib.
"Vaxtilə bu agentliyin əməkdaşı mənə müraciət edib açıqlama istəyəndə sərt şəkildə bildirmişdim ki, missiyası sonadək bəlli olmayan və Marqarita Simonyan kimi bir Azərbaycan düşməninin rəhbəri olduğu agentliyə mən heç zaman danışmaram. Zaman mənim haqlı olduğumu göstərdi və hesab edirəm ki, belə bir təxribatçı adamın rəhbərlik etdiyi media resursunu hamı iqnor etməlidir. Üstəlik, Ukraynada baş verənlər və M. Simonyanın bu məsələlərdə tutduğu faşist mövqe, bu azmış kimi Moskvada səfərdə olan prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya qarşı aşkar hörmətsizlik, hətta deyərdim ki, tərbiyəsizlik etməsindən sonra gözləmək olardı ki, belə bir təxribatçı agentlik gəldiyi yerə qədər qovulacaq. Amma biz bunun əksini görürük",- millət vəkili vurğulayıb.
V.Həhmədovun sözlərinə görə, əvvəllər ölkənin media siyasətinə rəhvərlik edənlərin qatı Moskvapərəst olduqları kimsəyə sirr deyildi və onlar bu cür işləri can başla görürdülər: "Amma indi çox şükürlər ki, media siyasətinə Azərbaycanı içdən sevən və onun təhlükəsizliyinə göz bəbəyi kimi baxan şəxslər rəhbərlik edir. Elə isə, Marqarita Simonyana niyə qapını göstərmirik? Heç nədən çəkinmək lazım deyil. Bu heç də Azərbaycanda rus dilinə və Rusiyaya qarşı hansısa ukraynapərsət addım kimi qiymətləndirilə bilməz. M. Simonyanın qəbuledilməz hərəkətləri ortada və Azərbaycanda hamının nifrət etdiyi bir adamın rəhbəri olduğu agentliyə yer olmamalıdır".