Bu gecə Xankəndində atışma oldu: bir eməni öldürüldü...

Bu gecə Xankəndində atışma oldu: bir eməni öldürüldü...

17 Aprel 2022 10:10
Bəyəndim (0) Bəyənmədim (0)

Xankəndində silahlı erməni qanunsuz "yol polisi"nin M.Maştots küçəsində yerləşən "operativ idarəetmə mərkəzi"nin 2-ci mərtəbəsinə daxil olaraq növbətçi "zabit"ə tapançadan atəş açıb, ölən var.

Bu barədə erməni mediası məlumat yayıb.

Hadisə aprelin 16-da saat 22:25 radələrində baş verib. Xocalı rayonunun Çartar sakini, 1969-cu il təvəllüdlü Serqo Şakaryan polislərə "AK-74" avtomat silahından atəş açıb.

Növbətçi "polis"in "baş inspektoru" Z.E. döş qəfəsindən aldığı güllə yaralarından yerindəcə keçinib.

Daha sonra S.Şakaryan eyni məqsədlə növbətçi kiçik inspektor A.X-ni təqib etsə də, o, canını qurtara bilib.

Bundan az sonra S.Şəkəryan köməyə gələn digər "polis"lər tərəfindən yaxalanıb.