MEDİA-nın İcraçı direktoru Əhməd İsmayılov və BDU-nun Jurnalistika fakültəsinin professor-müəllim heyəti, tələbə və magistrantları arasında görüş keçirilib

MEDİA-nın İcraçı direktoru Əhməd İsmayılov və BDU-nun Jurnalistika fakültəsinin professor-müəllim heyəti, tələbə və magistrantları arasında görüş keçirilib

15 Aprel 2022 19:17
Bəyəndim (2) Bəyənmədim (0)

15 aprel tarixində Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılovun BDU-da "Media sahəsində islahatların hüquqi əsasları" mövzusunda görüşü keçirilib.

Oxuməni.az xəbər verir ki, tədbirdə Medianın İnkişafı Agentliyinin əməkdaşları, Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev, professor-müəllim heyəti, tələbə və magistrantlar iştirak ediblər.

Əhməd İsmayılov bildirib ki, özünəməxsus inkişaf yolu keçmiş Azərbaycan mediası ölkəmizdə və dünyada baş verən hadisələrlə bağlı ictimaiyyətin məlumatlandırılması, xalqımızın haqq səsinin dünyaya çatdırılması istiqamətində səmərəli fəaliyyət göstərib. O, media sahəsində islahatların hüquqi əsasları, medianın fəaliyyəti, media etikası, peşəkarlıq standartları ilə bağlı tələbə-jurnalistləri məlumatlandırıb. Xüsusilə medianın cəmiyyətdəki rolu, media subyektləri arasındakı münasibətlərin hüquqi baxımdan tənzimlənməsi və funksiyaları ilə bağlı əsas məqamları diqqətə çatdırıb.

Sonra Əhməd İsmayılov “Media haqqında” Azərbaycan Respublikasının Qanununun əsas müddəalarını şərh edərək, jurnalistlər üçün əhəmiyyətini vurğulayıb. Medianın bugünki problemləri, cəmiyyət və media arasında əlaqələr barədə tələbələrlə fikir mübadiləsi aparılıb İnteraktiv formada keçirilən görüşdə tələbələri maraqlandıran çoxsaylı suallar cavablandırılıb.