Azərbaycana giriş üçün PCR testi ləğv olundu

Azərbaycana giriş üçün PCR testi ləğv olundu

14 Aprel 2022 11:55
Bəyəndim (0) Bəyənmədim (0)

Nazirlər Kabinetinin 14 aprel 2022-ci il tarixli qərarına əsasən 2022-ci il aprelin 15-dən etibarən Azərbaycana giriş üçün COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənədi təqdim etmək tələbi ləğv edilir.

Oxuməni.az-ın verdiyi xəbərə görə, Nazirlər Kabinetindən Teleqraf.com-un sorğusuna cavab olaraq bildirilib ki, ölkədaxili uçuşlar zamanı sərnişinlərdən COVID-19-a dair PCR testin neqativ nəticəsini təsdiq edən sənəd tələb olunmayacaq.

Aprelin 15-dən etibarən Bakı-Naxçıvan-Bakı müntəzəm avtobus marşrutunun İran İslam Respublikasının ərazisindən keçməklə avtobus marşrutu ilə hərəkət edən sərnişinlərdən də COVID-19-a dair PCR testin neqativ nəticəsini təsdiq edən sənəd tələb olunmur.