Əsgəranda dava – Sülhməramlılar ermənini təhqir edib, döydülər

Əsgəranda dava – Sülhməramlılar ermənini təhqir edib, döydülər

13 Aprel 2022 10:57
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya sülhməramlıları Əsgəranda bir ermənini təhqir edərək, döyüblər.

Oxuməni.az xəbər verir ki, bu barədə “Aykakan Jamanak” məlumat yayıb.

Sosial şəbəkənin erməni seqmentində Rusiya sülhməramlılarının Əsgəranda təhqir etdiyi, eyni zamanda üzünün sol nahiyəsindən xəsarət almış şəxsin fotosu yayılıb.

Görüntü ermənilərin etirazına səbəb olub. Etirazların artmasından sonra Xankəndindəki separatçı rejim yayılan məlumatlara münasibət bildirib, bunun doğru olmadığını iddia edib.