Türkiyənin Baş Qərargahının Kəşfiyyat rəisi Bakıdadır - Müdafiə naziri Zakir Həsənovla görüşüb

Türkiyənin Baş Qərargahının Kəşfiyyat rəisi Bakıdadır - Müdafiə naziri Zakir Həsənovla görüşüb

12 Aprel 2022 14:17
Bəyəndim (0) Bəyənmədim (0)

Aprelin 12-də Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Türkiyə Respublikası Baş Qərargahının Kəşfiyyat rəisi korpus generalı Rafet Dalkıranın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə Oxuməni.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Qonaqları salamlayan müdafiə naziri Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığı ilə Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələrinin standartlarına uyğunlaşdırılması istiqamətində aparılan islahatların davam etdirildiyini qeyd edib.

R.Dalkıran qarşılıqlı əməkdaşlığın genişləndirilməsi baxımından bu cür görüşlərin vacibliyini xüsusi qeyd edib.

Görüşdə Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının inkişaf perspektivləri, eləcə də maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

"Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələrinin standartlarına uyğunlaşdırılması istiqamətində aparılan islahatlar davam etdirilir".

Bunu isə müdafiə naziri general-polkovnik Zakir Həsənov aprelin 12-də Azərbaycanda səfərdə olan Türkiyənin Baş Qərargahının Kəşfiyyat rəisi korpus generalı Rafet Dalkıranın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə deyib.

Müdafiə naziri Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığı ilə Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələrinin standartlarına uyğunlaşdırılması istiqamətində aparılan islahatların davam etdirildiyini qeyd edib.