Elman Rüstəmov İŞDƏN ÇIXARILIR

Elman Rüstəmov İŞDƏN ÇIXARILIR

11 Aprel 2022 15:23
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında Elman Rüstəmovun Mərkəzi Bankın İdarə Heyətinin üzvlüyündən azad edilməsi, Taleh Kazımovun isə Mərkəzi Bankın İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin təqdimatları müzakirə olunub.

Oxuməni.az xəbər verir ki, hər iki təqdimata müsbət rəy verən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi onları Milli Məclisin Plenar İclasında müzakirə üçün tövsiyə edib.

Qeyd edək ki, E.Rüstəmov hazırda Mərkəzi Bankın İdarə Heyətinin üzvü və sədridir. O, İdarə Heyətinin üzvlüyündən azad edilməklə həm də MB sədrliyindən də azad olunacaq.