Ağdərədə nə baş verir? - "Başa düşməyini Azərbaycan ordusu başa salır”

Ağdərədə nə baş verir? - "Başa düşməyini Azərbaycan ordusu başa salır”

11 Aprel 12:48
420
Bəyəndim (0) Bəyənmədim (0)

“Ermənilər bölgədə perspektivliklərinin yoxluğunu və bundan sonra həmin ərazidə qalmanın qeyri-mümkünlüyünü başa düşür və bölgəni tərk edirlər. Bu belə də olmalıdır, axı bu, bizim ərazidir".

Oxuməni.az xəbər verir ki, bunu Yenisabah.az-a ehtiyatda olan polkovnik Üzeyir Cəfərov bildirib.

Qeyd edək ki, Xocalı rayonunun Fərrux kəndi və Daşbaşı yüksəkliyinin separatçıların nəzarətindən çıxmasından sonra Azərbaycan ordusunun Ağdərə istiqamətində də irəlilədiyi barəsində məlumatlar yayılır. “Caliber”in iddiasını görə, Ağdərə istiqamətində böyük strateji əhəmiyyətə malik olan bir çox yüksəkliklər, o cümlədən 13 post Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçib.

Üzeyir Cəfərovun sözlərinə görə, baş verənlərdə qeyri-adilik yoxdur.

Ekspert qeyd edib ki, Azərbaycan ordusu Müdafiə Nazirliyi tərəfindən təsdiq edilmiş plana əsasən icra etməli olduğu işi görür:

“Rusiya sülhməramlıları öz üzərlərinə düşən vəzifəni icra etmədiyindən bunu Azərbaycan hərbçiləri görür. Azərbaycan ordusu heç bir zor tətbiq etmədən hərəkət edir. Bununla bərabər, lazımi təbliğatını da aparır. Başa düşən başa düşür, başa düşməyini də Azərbaycan ordusu başa salır”.

Hərbi ekspert vurğulayıb ki, 44 günlük müharibədən sonra bəzi məsələlərin icrası Rusiya sülhməramlılarının ixtiyarına buraxılıb:

"Amma sonrakı mərhələdə gördük ki, Rusiya sülhməramlıları faktiki olaraq ermənilərin "bəslənməsi"ni həyata keçirir. Ona görə də, Azərbaycan ordusu üzərinə düşəni edir və inşallah yaxın həftələrdə Azərbaycan Müdafiə Nazirliyi əlavə məlumatlar da verəcək.

Ağdərə və digər yaşayış yerləri ilə bağlı Azərbaycan vətəndaşlarının gözləntisi var və bu gözlənti təbiidir. Çünki ermənilər Azərbaycanın yurisdiksiyasına keçməlidir və keçəcəklər də. Buna heç kimin şübhəsi olmasın”.