Azərbaycanda 6 uşağa Paşinyanın adı qoyulub: Şok, gülək, ağlayaq, yoxsa utanıb yerə girək...

Azərbaycanda 6 uşağa Paşinyanın adı qoyulub: Şok, gülək, ağlayaq, yoxsa utanıb yerə girək...

6 Aprel 2022 12:26
Bəyəndim (2) Bəyənmədim (1)

Son 5 ildə Azərbaycanda yeni doğulan 6 uşağa Nikol adı qoyulub.

Oxuməni.az xəbər verir ki, bu barədə Modern.az Ədliyyə Nazirliyindən məlumat əldə edib. Nazirliyin məlumatına görə, Nikol adı verilən körpələrin 2-si 2018-ci ildə, 2-si 2019-cu ildə, 2-si isə 2020-ci ildə doğulub.

Qeyd edək ki, Azərbaycanda Nikol adı məhz 2018-ci ildən sonra tanınmağa başlayıb. Buna səbəb elə həmin ilin mayında Ermənistanda Nikol Paşinyanın hakimiyyətə gələrək, baş nazir seçilməsi olub. Nikol adı xüsusilə 2020-ci ildə – 44 günlük Vətən müharibəsi dövründə daha “populyarlaşdı”. Həmin vaxt Azərbaycanda hətta erməni baş nazirə meyxana da qoşublar.

Ədliyyə Nazirliyinin məlumatına görə, son 5 ildə Azərbaycanda 7 uşağa Nikoloz, 3 uşağa Nikolay, 1 uşağa isə Nikolas adı verilib.

PS Ola bilsin ki, uşaqlarına Nikol, Nikoloz, Nikolas və Nikolay adı verənlər içərimizdəki "gizli" ermənilərdir. Hər halda adını azərbaycanlı qoyan belələrinin kimliyinin araşdırılmasına ehtiyac var. Çünki bütün bunlar gələcəkdə ölkə daxilində xoşagəlməz problemlərin ortaya çıxmasına səbəb ola bilər.