Partlayış baş vermiş gecə klubunun "DJ"indən şok iddia - “Hadisə qəsdən törədilib”

Partlayış baş vermiş gecə klubunun "DJ"indən şok iddia - “Hadisə qəsdən törədilib”

3 Aprel 2022 11:32
Bəyəndim (0) Bəyənmədim (0)

Xəbər verdiyimiz kimi, 3 aprel 2022-ci il tarixdə saat 03:00 radələrində Bakı şəhəri, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində yerləşən gecə klubunda partlayış baş verib.

Partlayış nəticəsində 1 nəfər ölüb, 37 nəfər müxtəlif bədən xəsarətləri alıb.

Oxuməni.az-ın bildirdiyinə görə, gecə klubunda "DJ"lik edən Rəşid (DJ Reed Russell) Musavat.com-a açıqlama verib.

O iddia edib ki, hadisə qəsdən törədilib:

“Məkanda hər şey qaydasında olub və avadanlıqların heç birində nasazlıq olmayıb. Düşünürəm ki, gecə klubu qəsdən partladılıb”.