Sülhməramlılar olmasa, “artsax” da olmayacaq - Qarabağ terrorçusundan etiraf

Sülhməramlılar olmasa, “artsax” da olmayacaq - Qarabağ terrorçusundan etiraf

1 Aprel 2022 14:39
Bəyəndim (0) Bəyənmədim (0)

“Biz başa düşməliyik ki, Azərbaycanın məqsədlərindən biri Ermənistan-Rusiya qardaşlıq münasibətlərini pozmaqdır, çünki Rusiya sülhməramlıları olmasa, “Artsax” da olmayacaq”.

Azərbaycanın Qarabağ bölgəsindəki terrorçu “artsax”ın oyuncaq “xarici işlər naziri” David Babayan “Azadlıq” radiosuna müsahibəsində belə cəfəng iddia ilə çıxış edib. “Bundan kimə xeyir var? Heç bir erməni qazanclı deyil. Bu an həqiqətən taleyüklüdür, bizim səhv etməyə, demaqogiya ilə məşğul olmağa haqqımız yoxdur. Bu, çox ciddi prosesdir, burada vətənpərvərlər, peşəkarlar çalışmalıdır”, - deyən Babayan, əks halda, arzuolunmaz hadisələrin olacağını bildirib. Erməni terrorçu sülhməramlılara da yarınmağı unutmayıb. “Sülhməramlılar öz missiyalarını tam şəkildə yerinə yetirirlər․․․ Əgər burada Rusiya sülhməramlıları olmasa, “Artsax” da olmayacaq”, - deyə o bildirib.

Əlavə edib ki, avantüraya getməyə ehtiyac yoxdur. “İnsanlar var ki, müxtəlif qiymətlər verir, bəziləri isə özünü vətənpərvər kimi göstərərək qışqırır. “Artsax”ın taleyi oyuncaq deyil, xüsusən indi. Bəli, Rusiya sülhməramlıları olmadan “Artsax” olmayacaq”.