“Azəriqaz” Xankəndidəki uşaq qatillərinə qaz verdi və öyündü..Humanizm, yoxsa əliqanlı cəlladlara mərhəmət?

“Azəriqaz” Xankəndidəki uşaq qatillərinə qaz verdi və öyündü..Humanizm, yoxsa əliqanlı cəlladlara mərhəmət?

1 Aprel 2022 12:39
Bəyəndim (0) Bəyənmədim (0)

“Azəriqaz” Xankəndidəki bizə qarşı yenidən silahlanaraq əsgərlərimizi öldürməyə hazırlaşan, Xocalıda və digər ərazilərimizdə əlləri günahsız körpələrimizin qanlarına batan separatçı çəllardlara qaz verdi və bununla öyündü. Bu, humanizm, yoxsa cəllada mərhəmətdir? Bunu başa düşmək çətindir. Belə bir humanizm bizim axırımıza çıxacaq, yeni-yeni Xocalı qətliamlarına yol açacaq...

Xankəndi şəhəri və işğaldan azad edilmiş digər ərazilər Azərbaycanın suveren ərazisidir və əzəli Azərbaycan torpaqlarıdır. Həmin ərazilərdə qaz infrastrukturunda və yaxud digər infrastrukturlarda işlər yalnız Azərbaycan dövləti tərəfindən görülə bilər”.

Oxuməni.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyinin Yeni Qazlaşma və inkişaf şöbəsinin rəisi Teymur Cəfərov bu gün media və QHT nümayəndələri üçün keçirilən “Açıq qapı” aksiyasında bildirib.

Onun sözlərinə görə, Xankəndi şəhəri daxil olmaqla, Qarabağ iqtisadi zonası 1980-cı illərdə Azərbaycan dövləti tərəfindən qazlaşdırılıb: “Orada qaz infrastrukturu yaradılmışdı. Sonrakı işğal dövründə kommunikasiyaların böyük bir qismi ermənilər tərəfindən dağıdılmışdır, viran edilmişdir”.

T.Cəfərov bildirib ki, Xankəndi şəhərinə gedən qaz xətti üzərində “Azəriqaz” İstehsalat Birliyi tərəfindən müəyyən təmir bərpa işləri aparılıb: “Hazırda Xankəndi şəhəri təbii qazla təmin olunur. Nəzərdə tutulub ki, növbəti mərhələlərdə bütün bu ərazilərdə qaz infrastrukturu Azərbaycan dövləti tərəfindən daha ideal formada, müasir tələblərə cavab verməklə tam şəkildə yenidən qurulacaq. Həmin ərazilərdə çəkiləcək infrastrukturdan Azərbaycan vətəndaşları yararlana biləcəklər”.

"Azəriqaz" bununla da pis bir ənənənin əsasını qoyub. Gürcüstandakı erməni kilsələrinə pulsuz qaz verən "Azəriqaz" xoşagəlməz missiyanı indi ölkə daxilində davam etdirir. "Azəriqaz" o vaxt bunu edə bilərdi ki, Qarabağ erməniləri silahı yerə qoyaraq Azərbaycan vətəndaşlığını qəbul edəydilər. Onlar isə bunu etməyiblər və ölkəmizə qarşı növbəti müharibəyə, yeni-yeni Xocalı qırğınları törətməyə hazırlaşırlar. "Azəriqaz"a xatırlatmaq istəyirik ki, bu günə kimi başımıza gələn faciələrin hamısının əsasında düşmənə mərhəmət etməyimiz və cəlladdan mərhəmət gözləməyimiz dayanıb... Düşmənə mərhəmət isə sonumuzu gətirəcək. Başqa cür, bundan daha sərt də deyə bilərdik...