Böyük Britaniyanın Silahlı Qüvvələr üzrə naziri gözlənilmədən Azərbaycana gəldi

Böyük Britaniyanın Silahlı Qüvvələr üzrə naziri gözlənilmədən Azərbaycana gəldi

30 Mart 2022 12:51
Bəyəndim (0) Bəyənmədim (0)

Böyük Britaniyanın Silahlı Qüvvələr üzrə naziri Ceyms Happy Bakıda bir günlük səfərdədir. Bu, bu ölkənin müdafiə nazirinin Azərbaycana ilk səfəridir.

Oxuməni.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyindən bildirilib.

Səfər çərçivəsində Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və xarici işlər naziri Ceyhun Bayramovla görüşlər keçiriləcək.

Əsas müzakirə mövzuları Böyük Britaniya və Azərbaycan arasında müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları, Ukraynadakı vəziyyət, Ermənistan və Azərbaycan arasında həll olunmamış problemlər və sülh prosesinin vəziyyəti olacaq. Nazir minatəmizləmə sahəsində əməkdaşlığı da müzakirə edəcək.