Azərbaycanın əsas silah təchizatçıları İsrail, Rusiya  və Belarusdur

Azərbaycanın əsas silah təchizatçıları İsrail, Rusiya və Belarusdur

14 Mart 2022 09:15
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan isə 2017-2021-ci illərdə silah idxalına görə dünyada 37-ci yeri tutub.

Oxuməni.az xəbər verir ki, bu barədə Stokholmun dünya problemlərini araşdıran Beynəlxalq İnstitutunun (SİPRİ) hesabatında deyilir. Araşdırmaya əsasən, göstərilən dövrdə Azərbaycanın əsas silah təchizatçıları İsrail (61%), Rusiya (22%) və Belarusdur (6,6%).

Qeyd edək ki, Azərbaycan İsraildən AIL Storm (“Sufa”) nəqliyyat vasitəsi, 160 mm-lik Lynx LAR və Lynx Extra raket sistemləri, 155 mm-lik “Atmos-2000”, “Semser” haubitsası, 120 mm-lik “Cardom” minaatanı, İMİ Shipon və “Spayk” tank əleyhinə raketləri, UZİ markalı tapança-pulemyot, Tavor TAR-21 və Tavor MTAR-21 kimi avtomat tüfəngləri, “Harop” silahlarını, “Heron” və “Hermes” tipli pilotsuz uçuş aparatlarını, “Barak-8” ZRK raketini, “Sand Cat” və “Samson MLS” döyüş modulu 4×4, 6×6, 8×8 təkər formuluna malik döyüş maşınlarını, T-72SİM1 tankını, hava hücumuna və raket hücumlarına qarşı “Dəmir gümbəz” komplekslərini alıb.