“Qarabağda aclıq və səfalət hökm sürür” - "Olduqca gərgin vəziyyətdir"
“Qarabağda olduqca gərgin vəziyyətdir. Qaz yoxdur. Elektrik enerjisi isə kəsintilərlə verilir.”
Bunu erməni politoloq Taquhi Tovmasyan sosial şəbəkədəki səhifəsində yazıb.
“Rabitə, elektrik enerjisi və su təchizatında müntəzəm fasilələrlə yanaşı, martın 8-dən Qarabağın bütün əhalisi qaz təchizatından məhrum olub. Qarabağda qar yağır, soyuqdur, isinmədən çox yaşamaq mümkün deyil. Reallıq isə budur bizə Ermənistan yardım etmək istəmir. Qısa zamanda insanlar arasında çörək problemi dərinləşəcək. Bu, insanların Qarabağdan qaçması ilə nəticələnəcək. Bir sözlə indi Qarabağda aclıq və səfalət hökm sürür”. – Taquhi Tovmasyan yazıb.
Digər xəbərlər





















































































