“İsrail-Türkiyə münasibətlərinin bərpasında İlham Əliyevin həlledici rolu olub...”
“Uzun müddətdir ki, buna hazırlıq prosesi gedir. Tərəflərin orta səviyyəli nümayəndələri İsraildə olub, ciddi danışıqlar aparıblar. Zənnimcə, bu gün masa üzərinə qoyulmağa hazır sənədlər var və bunların da imzalanması İsrail-Türkiyə əlaqələrini yeni yüksək mərhələyə qaldıracaq”
Oxuməni.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında politoloq Qabil Hüseynli bu gün keçiriləcək Antalya forumu haqqında danışarkən deyib. Politoloq bu görüşdə Prezident İlham Əliyevin də rolunu xüsusi vurğulayıb:
“Üstəlik onu da demək yerinə düşər ki, Ankarada İsrail dövlət başçısına yüksək səviyyədə qarşılama mərasimi düzənlənib. Həmin bu qarşılanma mərasiminin özü də ona əsas verir ki, artıq İsrail və Türkiyə arasındakı bütün problemlər səngiməkdə, iki dövlətlər arasındakı münasibətlərdə yeni səhifələr açılmaqdadır. Bu məsələdə Azərbaycan Respublikasının rolunu xüsusi qeyd etmək vacibdir. Artıq Cənab Prezident Türkiyəyə yola düşüb. Ölkə Prezidentinin İsrail-Türkiyə münasibətlərinin bərpasında həlledici rolu olub”.
Politoloq Ukrayna və Rusiya xarici işlər nazirlərinin görüşündən də danışıb:
“Antalya diplomatik konfransında Rusiya və Ukrayna xarici işlər nazirləri görüşəcək. Düşünürəm ki, fürsətdən istifadə edərək həm Ukryana-Rusiya münasibətlərinin, həm də Qarabağ probleminin yerdə qalan hissəsinin həllinə dair ciddi müzakirələr aparılacaq”.


















































.jpg)
.jpg)
.jpg)






































