DİN vətəndaşların müvəqqəti qeydiyyatını ləğv etdi: Əlavə problemlər ortaya çıxacaq

DİN vətəndaşların müvəqqəti qeydiyyatını ləğv etdi: Əlavə problemlər ortaya çıxacaq

25 Yanvar 2022 09:31
Bəyəndim (0) Bəyənmədim (0)

Son günlər polis idarələrində müvəqqəti qeydiyyatda olan vətəndaşların qeydiyyatının ləğv edilməsi barədə məlumat yayılıb.

Oxuməni.az-ın verdiyi xəbərə görə, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Kütləvi İnformasiya Vasitəsilə və İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev APA-ya bildirib ki, vətəndaşların müvəqqəti qeydiyyatlarının ləğv edilməsində məqsəd mövcud pərakəndəliyi aradan qaldırmaqdır: "Evlənmə-boşanma, hərbi səfərbərlik və ya digər məsələlərdə qeydiyyatda olan şəxslərlə bağlı polis idarəsinə sorğular daxil olanda bəzi "neqativ hallar" müşahidə olunurdu. Polisdə müvəqqəti qeydiyyatda olan adamları lazım olanda tapmaq çətinliyi yaranırdı. Hazırda görülən tədbirlərin də məqsədi bu cür halların qarşısının alınması üçün

DİN sözçüsü qeyd edib ki, heç bir yerdə qeydiyyata düşə bilməyən vətəndaşlar hazırda yaşadıqları ərazi üzrə polis idarəsinə müraciət edib yaşadıqları ünvanı bildirməlidirlər. Bu halda qeydiyyat məsələsinə təkrar baxıla bilər.

PS. DİN rəsmisi müvəqqəti qeydiyyatın ləğvinə haqq qazandırır və bunun lazım gələndə guya onların axtarılıb tapılmasını asanlaşdırmaq üçün edildiyini söyləyir. Biz isə belə düşünürük ki, qeydiyyatsız insanı, hərbi çağırışçını, həyat yoldaşından boşananı, səfərbərliyə alınacaq və ya müharibə vaxtında döyüşən orduya göndəriləcək insanları axtarıb tapmaq mümkün olmayacaq...Vətəndaşın müvəqqəti qeydiyyatının ləğvi DİN-in müvafiq qurumlarını bu "başağrısından" xilas etməyə imkan verəcək, ancaq digər qurumlar, o cümlədən 18 yaşı tamam olan çağırışçıların yaşayış yerinin müəyyən edilməsi və səfərbərliklə bağlı əlavə problemlər doğuracaq.