Əbdürrəhman Vəzirov Moskvada dəfn olunacaq

Əbdürrəhman Vəzirov Moskvada dəfn olunacaq

10 Yanvar 2022 15:02
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olmuş Əbdürrəhman Vəzirov vəfat edib.

Oxuməni.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.

Əbdürrəhman Vəzirov 1930-cu ilin yanvarında Bakıda anadan olub, əslən Şuşadandır. SSRİ Xarici İşlər Nazirliyində işləyib, 1988-ci ilin mayında Azərbaycana rəhbərlik etməyə başlayıb.

Onun rəhbərliyi 1990-cı ilin qanlı yanvar hadisələrinə qədər davam edib. Sovet qoşunlarının Bakıya yeridilməsindən sonra Vəzirov Moskvaya qaçıb.

Qeyd edək ki, xəbəri Report-a Əbdürrəhman Vəzirovun oğlu Eldar Vəzirov təsdiqləyib.

Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin keçmiş birinci katibi Əbdürrəhman Vəzirov Rusiyanın paytaxtı Moskva şəhərində dəfn olunacaq.

Bu barədə mərhumun yaxınları məlumat verib.

Ə.Vəzirovun həyat yoldaşının məzarının yanında torpağa tapşırılacağı gözlənilir.