Qızımı müğənni olmağa qoymaram

Qızımı müğənni olmağa qoymaram

4 Avqust 2011 13:06
Bəyəndim (0) Bəyənmədim (0)
Stilimi dəyişsəm, sevənlərimi itirərəm

"Kadr arxası" rubrikasının bugünkü qonağı əsasən kadr arxasında olmağı xoşlayır. Odur ki, onunla müsahibəmin səmimi alınacağına inanırdım. Elə də oldu. Müğənni

İbrahim Borçalı ilə apardığım ayaqüstü söhbət kadr arxası məqamlara aydınlıq gətirdi.

- Şou-biznesə necə gəldiniz?

- Şou-biznesə gəlməyimin əsas səbəbi mahnı bəstələməyimdir. Artıq 10 ildir şou-biznesdəyəm . 3 albomum işıq üzü görüb

- Sizi qəbul etməyənlər çoxdur. Niyə?

- Mən şou-biznesə gəlməmişəm ki, xalq artisti olum. Adı üstündədir, biznesdir bu sənət. Başımı aşağı salıb öz işimlə məşğulam.

- Bəlkə tərzinizi dəyişəsiniz?

- Yox! Heç vaxt dəyişmərəm. Hər müğənninin özünə aid stili var. Mənim də stilim səhnəyə gələn gündən belədir. Əgər stilimi dəyişsəm, sevənlərimi itirərəm.

- Rusiyada sizi daha çox tanıyırlar. Burda isə gündəmdə yoxsunuz.

- Rusiyada tez-tez konsertlərdə oluram. Toy oxuyanlardan fərqli olaraq 7 ildir konsert salonlarında konsert verirəm. Ən az 800-1000 tamaşaçı olur həmin zalda. Bir ay bundan əvvəl Yaroslav şəhərində konsertim oldu. Bir çox sənət dostlarım da olub həmin konsertdə. Qaldı gündəmdə olmağa, mən heç vaxt gündəmdə olmağı nə istəmişəm, nə arzulamışam. Qız deyiləm ki, gündəmdə olam. İndi gündəmdə qızlardır. Onları daha çox qəbul edirlər. Mənə gündəm lazım deyil.

- Dostlarınız var şou-biznesdə?

- Var. Aslan, Xatirə İslam, Niyaməddin Musayev, Elnarə, Səyyad Əlizadə...çoxdur dostlarım. Allah hamısını var eləsin. Nə yaxşı ki varlar!

- İstərdinizmi qızınız da müğənni olsun?

- Heç vaxt istəmərəm, qoymaram da!

- Bəs qızınız və ya oğlunuz sənət adamı ilə ailə qursa necə?

- Sənətçinin həyat yoldaşı olmaq çox çətindir. Belə bir şey mümkün deyil. İcazə vermərəm.

- Bildiyimə görə prodüseriniz yoxdur. Niyə? Pulunuz yoxdur, yoxsa bölüşmək istəmirsiniz?

- Xoşum gəlmir ki, özüm yox, başqası telefonuma cavab versin, nəsə eləsin. Vaxtım olmur televiziya kanallarına baxmağa. Həyat yoldaşım baxır, mənə deyir. Beləcə, hər şeydən xəbərim olur.

- Zahidə Günəşdən incimişdiniz?

- Oğlumun toyuna gəlməmişdi. Ailəvi yaxın olduğumuz üçün çox incimişdim. İndi münasibətlərimiz əvvəli kimidir.

- Səhviniz olubmu həyatda?

- Deyir, səhvsiz insan yoxdur. Hamı kimi mənim də səhvlərim var. İllər keçdikcə öz səhvlərimi daha yaxşı anlayıram. Daha az səhv etməyə çalışıram ki, sonra əziyyət çəkməyim.

İnsanın görə bildiyi hər şey onun üçün kadrdır. Lakin heç kəs bir anda hər şeyi görə bilməz. "Kadr arxası" rubrikası da məhz görünməyən məqamlara aydınlıq gətirməyə çalışır.

Yenidən görüşənədək...

Günel Əliqızı

O.M.