Sabir Əhmədov: “Maşallah olsun ki, bugünkü gündə ən bahalı müğənnilərdən biri mənəm”

Sabir Əhmədov: “Maşallah olsun ki, bugünkü gündə ən bahalı müğənnilərdən biri mənəm”

13 Aprel 2015 14:52
Bəyəndim (0) Bəyənmədim (0)
Nəinki özümü şou-biznesdə görmək, heç yaxınlaşmaq belə istəmirəm

- Sabir, çoxdandır görünmürsən, haralardasan?

- Yeni albomum işıq üzü gördü. Maşallah, 1200 dənəsi su kimi getdi. Qaldı, özüm istəmirəm tez-tez efirə çıxam. Öz sözümü lazım olanda efirlərdə, tədbirlərdə deyirəm. Həm də xarici ölkələrdə çox oluram. Bakıda çox az-az oluram.

- Ola bilər ki, efirlər pulludur deyə çıxmaq istəmirsən?

- Mən efirə çıxıb nə deyim? Təəssüf ki, başqaları kimi mən çıxıb dalaşıb, özümü tərifləməyi bacarmıram. Lazım olsa, pulumu verib çıxaram, amma istəmirəm.

- Sevdiyin insan varmı?

- Hazırda sevdiyim yoxdur. Təəssüf ki, axırıncı dəfə Aygünlə aramızda baş verənlərdən sonra heç ailə qurmaq haqqında fikirləşmirəm. Məndə inam itib artıq… Mənim şəxsi həyatım da, sənətim də ayrı-ayrı şeylərdi.

- Bir çoxları sizin Aygünlə bunu piyar etdiyiniz haqqında da danışırlar. Doğrudanmı, gündəmə gəlmək üçün belə etdiniz?
- Mən onun yerinə deyə bilmərəm, amma mənim tərəfimdən heç bir piyar olmayıb.

- Ulduzluq sindromu var səndə?

- Qətiyyən yoxdur. Hamı kimi bu həyata ağa bükülüb gəlmişəm, ağa bükülüb gedəcəyəm də. Hamı Allah qarşısında eynidir.

- Bəs doğrudan Aygünlə ailə qurmaq istəyərdin?
- İnanın, doğrudan ailə qurmaq istəyərdim. Keçmişimi yada salmaq istəmirəm.

- Hazırda münasibətiniz necədir?
- Mənim Aygünlə heç bir münasibətim yoxdur. Bu yaxınlarda o, məni axtardı, mən onunla əlaqə saxladım. O da dedi ki, gəl elə eləyək ki, salamımız qalsın. Üzr istədi məndən, mən də ondan. Bununla da bitdi. Mən də yazdım ki, əgər istəsə yenə bir dost münasibəti saxlamaq olar. Qaldı ayrılmağımıza səbəbin nə olduğu, hələ də bağlı qalsın...

- Ətrafındakılar, özünə yetərincə qulluq edən insanlar sənin geyiminə, saç düzümünə irad tutanda narahat olursanmı?
- Qətiyyən narahat olmuram. Mən özümə arxayın olan insanam və mənim özümün olan zövqüm bəsdir mənə.

- Bu yaxınlarda sosial şəbəkədə bir xanımla şəkillərin paylaşıldı. O xanım kimdir, yeni sevgilin?

- O, mənim sevgilim deyil, dostumdu. Adı da Sabinadı. Moskvada yaşayır. Mən o, insanı doğma bacı kimi çox istəyirəm. Və o, Bakıya gələndə ondan xahiş etdim ki, mənim albomum üçün foto-sessiyada mənimlə çəkilsin. Sağ olsun, razı oldu. Bu yeni albomum üçün çəkilən şəkillərdi.

- Yaradıcılığında nə kimi yeniliklər var?

- 2 yeni albomum işıq üzü görəcək. Birincinin adı "Azərbaycan", o birinin adı isə "Rusiya"dır.

- Səbəb nədir, Rusiyada toylar tutmaq üçün albomun adını "Rusiya" qoyubsan?

- Xeyr, mən Rusiyada sənətlə məşğul olmaq istəyirəm. Ona görə adın "Rusiya" qoydum.

- Hiss edirsən ki, unudulursan, gündəmdə yoxsan öz yaşıdların arasında?
- Yox, maşallah olsun ki, bugünkü gündə ən bahalı müğənnilərdən biri mənəm. Göz dəyməsin, ayın 30 günündən 20-ni toydayam. Min şükür!

- Bəs keçmiş həyat yoldaşınla münasibətin necədir, qızını görürsənmi?
- Çox yaxşı münasibətlərimiz var. Qızımın 6 yaşı var. Moskvada olanda qızımı tez-tez görürəm. Çünki orada yaşayırlar.

- Özünü şou-biznesdə görürsən?

- Nəinki özümü şou-biznesdə görmək, heç yaxınlaşmaq belə istəmirəm. Mən özümü savadlı, sənəti olan, peşəkar insanlardan biri kimi görürəm.

- Həyatda ən böyük səhviniz nə olub?

- Ən böyük səhvim o olub ki, bir az həyatı gec başa düşdüm. Ağlım olmayıb o vaxtlar, çox təəssüflənirəm.

- Ağılsızlığınıza görə nə etmisiniz ki?

- Çox səhvlərim olub bu həyatda. Təəssüf ki, gec başa düşmüşəm. Çox şeyə qiymət verməmişəm.

- Kimlərin ifasını dinləyirsən?
- Abbas Bağırovu, Ayan Mirqasımovanı, Cin Ceyhunu, Röyanı dinləyirəm.

- Bəs səncə adların çəkdiyin müğənnilər sənin ifanı dinləyirlərmi?
- Məncə Röyanı çıxmaq şərti ilə, hamısı dinləyir. Çünki biz bir-birimizi dinləməliyik ki, nəsə özümüz - özümüzdən öyrənək.

- Həyatda hələ çata bilmədiyin hansı arzunuz var?
- Həyatda ən böyük istəyim sevib-sevilməkdir. Xoşbəxt olaram o an. Məncə elə bir şey olarsa, ən böyük xoşbəxtlik olar.

- Güclü insansınız?
- Bəli, özümə güvənirəm, güclüyəm.

- Bəzi həmkarlarınız Rusiya toylarına getməkdən qorxur. Səbəb də Vüqarın döyülməyi oldu.

- Vallah, Allah köməyi olsun Vüqarın. Amma səbəbsiz heç kim heç kimi döyməz. Vüqar çox yaxşı oğlandır. Ola bilər ki, kiməsə özü bilmədən nə isə deyib, ya da düşünmədən eləyib. Deyə bilmərəm. Amma ümumiyyətlə, əl-qolla həyatda heç nə sübut etmək olmur. Təbii haldır, biri güclü olur, biri zəif. Amma əl-qolla məsələni həll eləyən adam zəif adamdı. Gərək qarşındakını ağlınla, sözünlə yerində otuzdurasan. Güc o deməkdi. Əl-qol atan adam zəif adam olur. Mən heç vaxt söz-söhbətdən qorxmamışam. Moskvaya da 2000-ci ildən gedib-gəlirəm. Mənim orada həddindən artıq çoxlu dost-tanışım var. Ruslardan da çoxdur dostlarım. Əgər mənə qarşı kimsə haqsızlıq etsə, o, adam cəzasını alacaq o zaman. Mən çalışıram ki, heç bir lazımsız hərəkət etməyim. Çünki hər bir hərəkətin dalınca ardı da olur. Təbii, bugünkü gündə heç kim ideal deyil. Mənim də özümə görə səhvlərim var və hər bir insan Vüqarın vəziyyətinə düşə bilər. Amma Vüqarın dediyinə görə, heç nə deməmiş onu döyüblər. O da gərək dərinə gedib, aydınlıq gətirəydi bu məsələyə.

- Sən necə, qorxursan Rusiya toylarına getməkdən?

- Mənim bu həyatda yetəri qədər başıma hadisələr gəlib. Hətta olub ki, Moskvada tapança ilə güllə atıblar mənə, bıçaq da soxublar. Amma o şeyləri keçmişəm və heç nədən qorxmuram.

- Ürəyində hansı qorxunu dəfn etmisən?

- Ürəyimdə bir qorxu var. Allah mənim olan günahlarımı bağışlasın. Bir də ondan qorxuram ki, bağışlamaz mənim sonum çatanda. Allahdan başqa heç kimdən qorxmuram.

- Müğənnilikdən başqa özünüzü hansı sənətdə görə bilirsiniz?
- Müğənnilikdən başqa ya biznesin olmalıdır, ya da nə iləsə məşğul olmalısan. Ya prodüser kimi, ya da toyların təşkilatçısı kimi görə bilirəm özümü.

- Səncə müğənni ilə ailə qurmağı ciddi qəbul etmirlər?

- Müğənnini ciddi qəbul etmirlər. Hə, orası elədi. Amma birinci növbədə mən özümdən danışa bilərəm. Müğənni birinci növbədə kişidir, ikincisi isə kişiliyini sübut etməlidir. Ondan sonra onu ciddi qəbul edərlər.

- Səncə kişilərin ağıllı, yoxsa gözəl qadınlara ehtiyacı var?
- Kişilərin ağıllı qadınlara ehtiyacı var. Gözəllərin 70 %-nin ağlı yoxdur.

- Müğənni xanımla ailə qurardın?

- Sənətçi xanımla ailə qurardım. Çünki elə insanlar var ki, onu hamı qəbul etməz. Amma sənətçi adam hər şeyi tez başa düşər. Bizim sənət çox ağır, məsuliyyətlidir.

- Səncə özünü kiməsə bənzətməklə populyarlıq qazanmaq olar?
- Bənzətməklə yox, bilirsiniz, müğənni elə bir vedrədir, ora hər yananda su tökülməməlidir, yığılmalıdır ki, o, adam müğənni kimi formalaşsın. Ondan sonra o, özünəməxsus müğənni olur.

Şəlalə NƏRİMAN