MARAL TAHIRQIZI: “Mən manıs kişiləri qətiyyən sevmirəm”
- Özünüzü təqdim edin.
- Mən Maral Tahir qızı - əslimiz Borçalıdandır. Borçalı mahalında doğulmuşam. Ailədə 8 uşaq olmuşuq. Özüm ailəli olub ayrılmışam, övladım yoxdur. Ailəmizdə musiqi ilə bir mən məşğul olmuşam. Dayım aşıq olub, onun da gözəl səsi var idi.
- Neçə ildir ifa edirsiniz?
- 1999-cu ildən ifa edirəm.
- İlk sənət müəlliminiz kim olub?
- Qəzənfər Abbasov, Arif Babayev, Rafiq Alıyevin yanında sənətin bir çox sirlərini öyrənmişəm.
- Neçə yaşında ailə qurmusunuz?
- 16 yaşında ailə qurmuşam, 3 aydan sonra müəyyən səbəblərə görə ayrılmışam, övladım da yoxdur.
- Bəs ayrılandan sonra yenidən ailə qurmaq istədinizmi?
- Qətiyyən istəmədim. Çünki mənim xasiyyətim çox çətindir. Mən hər adamı bəyənə bilmərəm. Gərək o insanla uzun müddət bir yerdə olum ki, xasiyyətinə bələd olum. Yoxsa necə bələd olmaya-olmaya onunla bir yerdə ola bilərəm?..
- Demək zövqünüzə uyğun kişi yoxdur.
- Yox, mən heç kimlə görüşmürəm, heç kim də yoxdur həyatımda. Qaldı, bəyənmirəm də hər kişini.
- Olubmu bu sənətdə həmkarlarınızdan kimsə sizə eşq elan etsin?
- Mənə heç kim eşq elan etməyib. Məndən inciməsinlər, mən manıs kişiləri qətiyyən sevmirəm, mənim üçün maraqlı deyil.
- Səbəb nədir ki, müğənni kişiləri sevmirsiniz? Onlara tələbatınız uyğun gəlmir?
- Özümdən asılı deyil də, sevmirəm, ürəyimdən gəlmir. Bu sənətdə insan o qədər şeylər görür ki, ona görə şəxsən mən onlarla ailə qurmaram. (gülür).
- Yenidən ailə qurmaq fikriniz olmayacaq?
- Hələ ki, heç kəsi sevmirəm, istəmirəm.
- Maral kimlərin ifasını dinləyir?
- Mənim bəyəndiyim müğənni olanda dinləyirəm. Efirdə kim gözəl oxuyur, baxıram, sonra da gözüm onu axtarır. Amma bəziləri çıxıb e.., məzə üçün, elə bil beynimin gorun qazırlar, heç onlara baxmıram.
- Baxın, məzə üçün çıxan müğənnilər kimlərdi, mənim üçün çox maraqlı oldu. Bəlkə deyəsiniz, tanıyaq?
- Sözün düzü, gündə efirə bir cür çıxırlar, şəxsən mən onları tanıya bilmirəm. Baxırsan gözəl səsi var, gec-gec çıxır efirə, adamın gözləri onu axtarır. Amma fironluqla çıxıb efirdə məzələnənləri tanımıram, tanımaq da istəmirəm.
- Şou-biznesin qanunlarını kim yazır?
- Şou-biznesin qanunlarını bəzilərinin özləri yazırlar. Ancaq mən onların qanununa tabe deyiləm. Əgər yüksək dərəcədə qanun olarsa, hamı tabe olarsa, mən də baxıb ölçü götürərək tabe olaram.
- Deyirlər Maral xanım getdikcə arıqlayır...
- Əvvəllər mən çox arıq olmuşam. Həmişə də qayınanam deyirdi ki, bu gəlin niyə arıqdır. Qayınanamgil xoşlayırdı ki, bunların gəlini kök, xanım-xatın biri olsun. Mən də kökəlmirdim, sözün düzü, nə qədər yeyirdim, üstündən də tort yeyirdim ki, kökəlim. Elə bil nə yeyirdim, daha da aclıq gəlirdi mənə. Sonra günlərin bir günü o qədər oturub yedim ki, gördüm ki, kökəlmə gedir məndə. Özümə çox arxayın olmuşam ki, bu qədər kökəlməzdim. İndi də pis deyil kökəlməyim. Əvvəllər paltarla da super qalırdı. 1 manatlıq kofta geyinəndə hamı məktəbdə deyirdi Maral nə gözəl geyinib. Amma indi hiss edirəm ki, geyinirəm, kökəm, yaraşmır. İndi fikirləşdim ki, paltar yaraşmır. Sonra bir müddət trenajora getdim, Kamilin yanına. Təmənnasız hazırlayır məni. Yol uzaqdır deyə gedə bilmirəm. Hiss edirdim ki, arıqlayıram. Mən onsuz da pəhrizdəyəm.
- Maral kimin maralıdır? Sosial şəbəkələrdə sizə qarşı karikaturalar, şəkillər, nə gəldi yazırlar. Buna münasibətiniz necədir?
- Maral özünəməxsusdur. Vallah, belə boş-boş şeylərə mənfidir münasibətim. Facebookda nə gəldi yazırlar. Məni istəməyən insan çoxdur, amma həyatda üz-üzə gələndən sonra peşman olurlar. İnan bir yerə gedəndə gözümə eynək taxıb elə edirəm ki, məni tanımasınlar. Yenə tanıyırlar, sonra da gəlib facebookda yazırlar ki, siz necə mehriban insansınız. Amma təbii ki, mən hər şeyə də əsəbiləşən insan deyiləm. Mənim də əsəbim var. Mən əsəbiləşəndə heç kim mənimlə bacara bilməz. Mən əqrəb bürcündənəm. Qaldı, yazıram, deyirəm bəlkə bu adam özünə gəldi, öz səhvini başa düşdü, mədəniyyətsizlik etmək istəmirəm. Bir də görürsən bəzi aparıcılar yersiz sual verirlər, mən də abrıma qısılıb cavab vermirəm. Mənim də səbrim var.
- Şou-biznesdə tamahkar insanlar var?
- Şou-biznesdə tamahkar insan var. Tamahkarlar hər sahədə var. Mən elə də varlı olmaq istəmirəm. Çünki yetərincə imkanım olsun, neynirəm tamahkarlığı. Özümün şəxsi evim də var, bir parça çörəyim də.
- Bu sənətdə kimə səhnədə yer var?
- Səsi olmayanlara, sənəti olmayanlara. Bəziləri var ki, bir kişi tapır, hansı kanala istəyir kişi onu çıxardır.
- Sizin sözünüzdən elə çıxır ki, səhnəyə yalnız kişi tapanlar çıxır.
- Mən nə deyirəm ki, səsi olanlar qalıb qıraqda, səsi olmayanlar kişi tapıb çıxır, bunu hamı bilir də. Əvvəl sponsor bilirsiniz kim idi, sənətçinin arxasında duran. Bütün xərcləri çəkir ki, ona köməklik etsin. İndiki sponsorlar sənətə yox, onun özünə xərc çəkir ki, onun üçün yaxşı oxuyub sözünə qulaq assın. (Gülür). Bu ona görə pis anlamdadır. Bu yalnız Azərbaycanda belədir, başqa yerdə belə şeylər yoxdur.
- Toylara necə, gedirsiniz?
- Əvvəllər çox gedirdim, indi yox.
- Efirlərə çıxandan sonra az-çox tanındınız, bu sizin toylarınıza xeyir gətirdimi?
- Efirə çıxandan sonra toylara getməmişəm. Standart qiymətim yoxdur. 1000 manata da gedirəm. Hər toylara da getmirəm. 10 minə də dəvət ediblər, getməmişəm.
- 10 minə dəvətə edən yəqin Moskvada olar.
- Hə, 10 min Moskvaya verirdilər, getmədim. Çünki mənə dedilər ki, sənə 30 min verilməlidir, ora getməyin qiyməti budur. Mən də razı olmadım. Çox güclü kommersant, milyarder idi. Qərbi Azərbaycandan idilər. Mənim yaxşı səsim olduğuna görə dəvət etdilər, tanıdığım bir ailənin vasitəsi ilə. Sadəcə mən Rusiyanı sevmirəm. Təyyarədən qorxmuram, çünki təyyarədə olan insanlar Allaha yaxın olan insanlardır.
- Bəs ailədə 8 uşaqsınız. Bacı-qardaşlarınızın sizə qarşı münasibəti necədir?
- İnanın, mənə dəstəkdirlər həmişə. Heç vaxt da mənim əleyhimə deyillər. Mənə deyirlər ki, sənin gözəl səsin var, sənətinlə məşğul ol. Biz bilirik ki, kimlərdi, onları hamı tanıyır. Sən də bizim bacımızsan. Biz bilirik ki, onlar nə yolla efirə çıxırlar.
- Sizin haqqınızda cinayət işi açılıb. Bu barədə nə deyə bilərsiniz?
- Mənə qarşı Cinayət Məcəlləsinin 244.1. maddəsi ilə ittiham irəli sürüldüyünü və özümü müqəssir bilirəm. Hələ ötən il may ayında Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsi mənim Xətai rayonunda yerləşən mənzilimdə əməliyyat keçirdi. Polis əməkdaşları evimdə axtarış apardı. Lakin mənzilimdə heç kimi tapmadılar. Axtarışdan sonra isə məni polislər aparıb gecə saat 1-ə kimi orada saxladılar. Həmin hadisədən sonra məni tez-tez Xətai RPİ-nə çağıraraq ifadələrimi alırdılar. Ötən ilin sonlarında müstəntiq mənə dedi ki, barəmdə Cinayət Məcəlləsinin 244. 1-ci maddəsi ilə cinayət işi başlanıb. Təbii ki, mən bu ittihamları qəbul etmədim. İndi də etmirəm… Mən hər yerə ərizə vermişəm. Bunun mənə aidiyyəti yoxdur. Mən nə qonşu evinə, nə də ki, evimə heç kimi qoymuram. Sadəcə mən gedib Qız qalasının yanında şəkil çəkdirməyə getdim. Gördüm bu Esmira nə qədər zəng edir. Dedim işim var, hər saniyə zəng edir. Utandım ki, nə deyim... Bu Esmiraya üz-qaş aldırmışam. O mənə deyirdi ki, evə də gələ bilərəm üz-qaş almağa. Mən tanımıram ki, bu kimdir. İndi araşdırıb, qanun qarşısında kimin günahı var, cavab verəcək. Mənim heç bir günahım yoxdur. Bütün yerlərə də müraciət etmişəm.
- Ürəkdən haçan ağlamısınız?
- Atam dünyasını dəyişəndə çox ağlamışam. Atama həmişə hədiyyələr alırdım. Heç vaxt sevmirdi ki, kimsə ona qulluq etsin. İndi də gözlərim onu axtarır - bir yerə gedəndə ona hədiyyə almaq üçün.
Şəlalə NƏRİMAN







































.jpg)
.jpg)


















































