
"Rekordçu hamburger" qızıl çubuqlarla servis edilir
Amerikada İngiltərədən özəl olaraq gətizdirilən pendir və kürüdən düzəldilmiş hamburger inanılmaz qiymətə sifarişçilərə təqdim edilib. Hamburgerin hər bir layı qızıldan düzəldilmiş çubuqlarla servis edilir. "Serendipity 3" restoranında hazırlanan təam 295 dollarlıq qiymət etiketi sayəsində "Ginnesin Rekordlar Kitabı"na düşüb. "Rekord qıran hamburgerdən" dadmaq istəyənlərin iki gün öncəsindən sifariş verməsi gərəkirkən, bu kampaniyadan əldə edilən gəlirin yoxsullar üçün yemək hazırlayan bir quruma bağışlanacağı bildirildi.
Günel Həbib
O.M.
Digər xəbərlər