Qiymətli daş-qaşlarla bəzədilən canlı böcək broşları

Qiymətli daş-qaşlarla bəzədilən canlı böcək broşları

29 Mart 2012 19:24
Bəyəndim (0) Bəyənmədim (0)
Onlar libasın üstündə gəzə də bilirlər

Meksikada qiymətli daş-qaşlarla bəzədilən canlı böcəklərin sinəyə taxılması bir adətdir. Böcək broşlar ölkəyə gələn turistlər tərəfindən də böyük marağa səbəb olur. Heyvan haqlarının müdafiəçiləri isə böcək broşların qadağan olunmasının tərəfdarlarıdır. Bir-birindən rəngli qaşlarla bəzədilən canlı böcəklər incə bir zəncirlə yaxaya ilişdirilir. Onlar libasın üzərində müəyyən sərhədə qədər gəzib-dolaşa bilirlər. Ancaq bu broşları ölkə sərhədlərindən kənara çıxarmaq yasaqdır.

Əfsanəyə görə, bir şahzadə xanım sevdiyinə qovuşa bilməyib. Bunun üçün də sehirbaz onun sevdiyi oğlanı böcəyə çevirib. Və bu minvalla sevgilisi şahzadə xanımın daim qəlbinin üstündə olub.

Günel Həbib