XİN isveçrəli kosmonavtın adını “qara siyahı”dan çıxardı

XİN isveçrəli kosmonavtın adını “qara siyahı”dan çıxardı

9 Yanvar 2020 11:33
Bəyəndim (1) Bəyənmədim (0)

İsveçrə Konfederasiyasının vətəndaşı, isveçrəli kosmonavt Klod Nikolye Xarici İşlər Nazirliyinə (XİN) məktubla müraciət edərək adının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş xarici ölkə vətəndaşlarının siyahısı”ndan çıxarılmasını xahiş edib.

Oxumeni.az-ın XİN-ə istinadən verdiyi xəbərə görə, Klod Nikolye məktubunda Azərbaycanın ərazi bütövlüyünə hörmət ifadə etdiyini bəyan edib və səfərin törədə biləcəyi nəticələr barədə məlumatsız olduğunu bildirib.

İsveçrə Konfederasiyasının vətəndaşının müraciəti müvafiq qaydada nəzərdən keçirilib və adının arzuolunmaz şəxslər siyahısından çıxarılmasına dair qərar qəbul edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az