Qabyuyan maşının içindən zəhərli ilan çıxdı + Video

Qabyuyan maşının içindən zəhərli ilan çıxdı + Video

30 Dekabr 2019 13:48
Bəyəndim (1) Bəyənmədim (0)

Sosial şəbəkədə saatlarla qabyuyan maşında “yuyulan” zəhərli ilan barədə video böyük maraq yaradıb.

Bu barədə kadrları UPI yayımlayıb.

Hadisə Avstraliyada baş verib.

Ailə yuyulan qabların arasında sürünən ilanı görərək, “Snake Catchers Adelaide” şirkətinə müraciət ediblər. Onların sözlərinə görə, ilan işləyən qabyuyan maşında 2,5 saat qalıb.

İlan ovçuları Tordərili qəhvəyi ilan tutduqlarını bildiriblər. Kadrlarda mütəxəssisin qabyuyan maşından ilanı çıxararaq qara torbaya qoyması görünür. İlanın sonrakı taleyi məlum deyil.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055)7717799(Whatsapp)