Səkkiz yaşlı qız qan ağlayır - Fotolar
Hindistanın Tripura ştatından olan 8 yaşlı Çvnqsasa Debbarma sözün əsl mənasında qan ağlayır.
Qızın təkcə göz yaşlarını deyil, tərinin də qan əvəz edir.
Qeyri-adi simptomlar ilk dəfə aprel ayında üzə çıxıb. O vaxtdan qızın qulaqlarından, burnundan qan axmağa başlayıb. Bədənindən çıxdığı tər də artıq qan rəngində olub.
Həkimlər müayinə zamanı uşaqda hematohidroz xəstəliyi olduğunu bildiriblər. Bir sıra dərman yazdıqdan sonra qızın vəziyyəti qısamüddətli olaraq düzəlib, lakin zamanla onun halı getdikcə yenidən pisləşib.
Döş qəfəsində ağrılar hiss edən qızda qan artıq dodaqlarından, dilindən, alnından, başından, əl-ayağından, gözlərindən axmağa başlayıb.
Hazırda bir çox həkimlərin müayinəsindən keçən uşağın dərdinə çarə tapa bilən yoxdur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Oxumeni.az







































































.jpg)
.jpg)
.jpg)






















