16 yaşlı gənc 21 dildə sərbəst danışır

16 yaşlı gənc 21 dildə sərbəst danışır

14 Mart 2012 16:44
Bəyəndim (0) Bəyənmədim (0)
Onun üçün dil öyrənməkdən asan heç nə yoxdur

Amerikada - Nyu-Yorkda yaşayan 16 yaşlı Timoti Doner 21 dildə sərbəst danışa bilir.

Ana dili ingilis olan, məktəbdə fransız, latın, çin dillərini öyrənən Timoti 2009-cu ildə ivrit dilini öyrənməyə başlayıb. Ardından bənzər bir dil olan ərəb dilinə "baş vuran" Timoti daha sonra bu dillərə həvəs göstərib: italyan, hind, kürd, türk, alman və s.

"New York Times"ın xəbərinə görə ərəb əlifbasını dörd gündə "söküb-yığan" qəhrəmanımız "hiperpoliqlot"dur. Yəni çox sayda dili sürətlə öyrənib, danışa bilir. Timoti, "İnsanların normal biri olmadığımı düşünmələrini istəmirəm. Çalışqan bir şagird deyiləm. Riyaziyyatla heç aram yoxdur", - deyə bildirib. Onu da xatırladaq ki "hiperpoliqlot" bütün bu dilləri kompüter və tətildə getdiyi kurslar vasitəsilə öyrənib.

Günel Həbib