"Barbi" olmaq üçün bir ətək pul xərcləyib

"Barbi" olmaq üçün bir ətək pul xərcləyib

14 Mart 2012 16:16
Bəyəndim (0) Bəyənmədim (0)

Şarlotta Hotman "Barbi" gəlinciklərinə bənzəmək üçün bu günə qədər bir ətək pul xərcləyib...

Bu gəlinciklərə bənzəmənin asan olmadığını, bunun üçün plastik əməliyyatlara, saça, xüsusi libaslara ehtiyac olduğunu söyləyən Şarlotta hazırkı görünüşünün bütün bu əziyyətlərə dəydiyini söyləyir. Mançesterdəki evində yüzlərlə "Barbi" gəlinciyi olduğunu söyləyən 24 yaşlı bu qız, "Bu günə qədər gəlinciklərimə və paltarlarıma 20 min dollardan artıq pul xərcləmişəm. Artıq istədiyim görünüşdəyəm. Kişilər bu yönümü sevmirlər. Ancaq bir gün qarşıma mənə və "Barbi"lərimə dəyər verən biri çıxacaq, bundan əminəm", - deyir.

İnşallah...

Günel Həbib