31 barmaqlı bu qadın cadugar elan edildi - Video

31 barmaqlı bu qadın cadugar elan edildi - Video

25 Noyabr 2019 16:21
Bəyəndim (2) Bəyənmədim (0)

Hindistanın Odiş (Orissa) ştatının 31 barmaqlı sakini cadugarlıqda ittiham olunur.
Oxumeni.az-ın verdiyi xəbərə görə, bu barədə "Daily Mail" yazır.
63 yaşlı Kumar Nayak irsi xəstəlik olan polidaktiliyadan əziyyət çəkir. Onun əl və ayaq barmaqlarının sayı normadan çoxdur: əlində 12, ayağında - 19.
O, anadangəmlə bu anomaliya ilə yaşadığını, lakin imkansızlıqdan müalicə almadığını bildirib.
"Qonşular mənim cadugar olduğuma inanır və məndən qaçırlar. Bəzən tanımadığım insanlar məndəki qüsura baxmaq üçün evimə gəlir. Mənə münasibətin fərqli olduğu üçün evdən bayıra çıxa bilmirəm", - deyə qadın etiraf edib.




© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055)7717799(Whatsapp)