İstanbulda qadın cinayətlərinə etiraz olaraq yürüş keçirilib

İstanbulda qadın cinayətlərinə etiraz olaraq yürüş keçirilib

25 Noyabr 2019 09:00
Bəyəndim (1) Bəyənmədim (0)

İstanbulda son zamanlar ölkədə artan qadın cinayətlərinə etiraz olaraq yürüş keçirilib.

Oxumeni.az xəbər verir ki, yürüş iştirakçıları şəhərin Kadıköy rayonundan Beşiktaş bölgəsinə doğru hərəkət ediblər.

Təxminən 200 nəfərin qatıldığı aksiya zamanı öldürülən qadınların şəkilləri nümayiş etdirilib, etiraz şüarları səsləndirilib.

Qeyd edək ki, bu ilin əvvəlindən etibarən Türkiyədə 200-dən çox qadın qətlə yetirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055)7717799(Whatsapp)