Şişirdilmiş gəlincik telli-duvaqlı "gəlin" oldu!

Şişirdilmiş gəlincik telli-duvaqlı "gəlin" oldu!

12 Mart 2012 21:05
Bəyəndim (0) Bəyənmədim (0)
Bu, bəyin sayca 9-cu toyudur...

İngiltərədə yaşayan 55 yaşlı Everard Kuniyonun qadınlarla olan münasibəti istədiyi tərzdə getmədiyi üçün unikal bir yola əl atıb. "Çox danışdıqları" üçün zərif cinsin nümayəndələrindən uzaq duran Kuniyon 9 il öncə "şişirtmə qadınlarla" birlikdə yaşamağa başlayıb. Bu illər ərzində 9 dəfə "həyat yoldaşını" dəyişən səbəbkarımız dünən "gerçək sevgim" dediyi daha bir "gəlinciklə" nikah masasına oturdu. Təmsili nikah tədbirinə bəyin yaxın dostları da qatıldılar. "Toyda" Kuniyon gəlinciyə gəlin paltarı da geyindirdi.

Günel Həbib