Zaqatala rayonunda 84 yaşlı kişi ata oldu

Zaqatala rayonunda 84 yaşlı kişi ata oldu

5 Mart 2012 10:33
Bəyəndim (0) Bəyənmədim (0)

Zaqatala rayonunun Yuxarı Tala kənd sakini, 1926-cı il təvəllüdlü, Kamal Kamalov iki il əvvəl yenidən ata olub. APA-nın verdiyi məlumata görə, K.Kamalov ilk dəfə 14 yaşında ailə qurub. Yaşadığı uzun illər ərzində o, bir neçə dəfə evlənib. K.Kamalov 7 il öncə 4-cü dəfə ailə qurub.

Rayonun Yuxarı Çardaqlar kənd sakini, 33 yaşlı Reyhanat Kamalova ahıl kişiyə 2008-ci ildə birinci, 2010-cu ildə isə ikinci qız övladı bəxş edib.
K.Kamalovun ümumilikdə 9 övladı, 16 nəvəsi, 5 nəticəsi var. K.Kamalovun atası 120, babası isə 150 il ömür sürüb.

O.M.