
İsa peyğəmbərin cəsədi bərpa olundu
Roma Papası XVI Benediktin xeyir-duası ilə heykəltəraş Xuan Manuel Minarro cəsədi olduğu kimi araya-ərsəyə gətirdi
Xristian dininin yaranmasından 2000 il sonra Malaqa Kafedral kilsəsində İsa Məsihin cəsədinin modeli olduğu kimi hazırlanaraq, nümayiş etdirilib. Bu zaman tibbi ekspertizanın bütün norma və qaydalarına riayət olunub. Bu isə o deməkdir ki, model İsa peyğəmbərin özü ilə eynilik təşkil edir. Roma Papası XVI Benediktin xeyir-duası ilə heykəltəraş Xuan Manuel Minarro cəsədi araya-ərsəyə gətirib. Bu zaman məşhur Turin kəfənindən istifadə olunub. Xristian inanclarına görə, İsa peyğəmbər zühur edərkən məhz bu kəfənə bükülüb.
Cəsədi bərpa etmək mümkün olsa da, onu zühur etdirmək yalnız Tanrının səlahiyyətindədir...
Murad Şahməmmədov
O.M.
Digər xəbərlər