Polis tutuquşunu həbs etdi – Braziliyada əməliyyat

Polis tutuquşunu həbs etdi – Braziliyada əməliyyat

28 Aprel 2019 15:26
Bəyəndim (0) Bəyənmədim (0)

Braziliya polisinin keçirdiyi əməliyyatı tutuquşu pozub.

Polis narkotik alverçisini olduğu iddia edilən şəxsin evinə basqın edərkən tutuquşu "Aman, polis" deyərək səs-küy salıb və bağırmağa başlayıb.

Bundan duyuq düşən narkotik alverçisi aradan çıxıb.

Əməliyyatın uğursuz olmasına səbəb olan tutuquşunu polis götürüb.

Polis məmuru bildirib ki, tutuquşunun belə hərəkəti ona xüsusi təlim keçirildiyindən xəbər verir. (teleqraf)